"Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlər layiqli cəzalarını alıblar" - Baş prokuror


  • 11:42

Azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib.

E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, ermənilər tərəfindən törədilən müharibə cinayətləri ilə bağlı məhkəmə prosesinin başa çatdırılması tarixi hadisədir.

"Dövlət ittihamını müdafiə edən prokurorlara, hakim korpusuna təşəkkürümü bildirirəm. Bu, tarixi bir iş idi. Bu işdə haqq-ədalətin yerini tapması hüquqi qələbə olmaqla yanaşı, tarixi hadisədir", - deyə K.Əliyev qeyd edib.

Baş prokuror vurğulayıb ki, prosesin baş tutması Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi siyasətin nəticəsində mümkün olub.

O qeyd edib ki, digər ölkələrdə də hərbi cinayətlər törədilsə də, bəzi hallarda cinayətlərlə bağlı sübutlar toplandıqdan sonra məhkəmə prosesləri keçirilməyib: "Amma erməni cinayətkarların məhkəməsi keçirildi. Bu da lokal antiterror əməliyyatı nəticəsində mümkün oldu", - deyə K.Əliyev əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər