Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək


  • 11:04

Baş prokuror Kamran Əliyev cari il oktyabrın 7-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar şəhər prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Oxşar xəbərlər