Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi vakansiya elan edir


  • 3 İyul 2020 11:00

Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinə bu sahədə zəruri biliklərə malik mütəxəssislərin işə qəbulunu elan edir.

Oracle Database Administrator ixtisası üzrə tələb olunan biliklər:

Oracle SQL,PL/SQL
Oracle 10g, 11g, 12c administrasiyası
Oracle SecureBackup , Active DataGuard, Multiple Standby
Öncədən yazılmış mövcud kodları təhlil edilməsi və onlarla işləmək bacarığı

Mühəndis-proqramçı ixtisası üzrə tələb olunan biliklər:

Məlumat bazası bilikləri: MySql, MsSql, Oracle, OraclePl/Sql
Proqram bilikləri: Java, C#
Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js
Mobil proqramlaşdırma: Android, Ajax
Java Web Texnologiyaları: Servlet, JSP, JSF, Primefaces
Web Servislər: SOAP, Restful, DevExpress (.Net)
Project Management Tools (Ant, Maven)
Versioncontrol (SVN, VisualSvn, Git /Git Hub)
Reporting (FastReport, XtraReport, JasperReport)
Application Servers (Glassfish, Tomcat, JBoss)
Əməliyyat Sistemləri (Oracle Enterprise Linux, CentOS, FTP-server)

IT Menecerin biliklərinə dair tələblər:

Yüksək məntiqi-anaitik düşünmə bacarığı;
Sistem inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi;
HP server avadanlıqları üzrə iş təcrübəsi: Blade, sinif Proliant DL (G6/G7/G8);
Storage texnologiyaları üzrə iş təcrübəsi;
Yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, Veeam Backup&Replication və s.;
Virtualaşma üzrə iş təcrübəsi : VMware Vcenter, ESXi, Vsphere, Hyper-V;
Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows Server: 2003/2008/2012/2016;
Exchange server 2010/2013/2016, GP, WSUS, PowerShell; Active Directory,
DNS, DHCP,WDS, DFS, VPN, File Server, Print Server;
Web serverlər (FTP/FTPS servers) ilə iş təcrübəsi olmalı;
Antivirus sistemləri ilə iş təcrübəsi;
SAN (Storage Area Network) üzrə iş təcrübəsi;
Proxy və Firewall sistemləri ilə iş təcrübəsinə sahib olmalı;
Cisco Şəbəkə avadanlıqları ilə iş təcrübəsi (L3 Switch və Router-larla işləmək bacarığı);
IBM server avadanlıqları üzrə iş təcrübəsi.

Sistem administratorunun biliklərinə dair tələblər:

Server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının yüklənməsi və sazlanması;
Ethernet, IP və şəbəkə cihazlarının iş prinsipləri üzrə nəzəri və praktik biliklər;
Active Directory, Exchange mail, File, Print server üzrə dərin nəzəri və praktik biliklər;
Sistem təhlükəsizliyi üzrə biliklər;
Firewall sistemləri ilə iş təcrübəsi;
Antivirus sistemləri ilə iş təcrübəsi.

İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin kit@prosecutor.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar xəbərlər