Xəbər verdiyimiz kimi, baş prokuror Kamran Əliyevin əmri ilə Elşən Əli-Məmmədov Zaqatala hərbi prokuroru təyin edilib.
E-huquq.az yeni təyin olunan hərbi prokurorun tərcümeyi-halını təqdim edir.
Prokurorluqdakı fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Elşən Əli-Məmmədov həmin hərbi prokurorluğun müstəntiqi, böyük müstəntiqi, Zaqatala hərbi prokurorunun müavini və Füzuli hərbi prokurorunun müavini vəzifələrində qulluq keçmişdir, ədliyyə polkovnik-leytenantıdır.
