Məzmuna keç

Ədliyyə naziri vətəndaşların problemlərinin həlli üçün tapşırıq verdi

Avqustun 27-də Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.

E-huquq.az-ın məlumatına görə, Gəncə, Şəki, Şirvan, Sumqayıt və İmişli regional ədliyyə idarələri vasitəsilə qəbula yazılmış vətəndaşların videokonfrans formatında ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Bölgələrin sakinləri qlobal pandemiyaya qarşı respublika Prezidenti və Birinci vitse-prezident tərəfindən görülən işlərə, əhaliyinin sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı göstərilən qayğılı və həssas münasibətə görə minnətdarlığını ifadə edib, onların qəbullarının videoformatda təşkilindən məmnunluqlarını bildiriblər.