Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iyunun 22-də Gəncə şəhərində, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynovun Göygöl rayonunda, Komitə sədrinin müavini Əsgər Abdullayevin isə Daşkəsən rayonunda nəzərdə tutulan vətəndaşların qəbulları təxirə salınıb.
E-huquq.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilir ki, bu bölgədən olan vətəndaşların qəbullarının yeni tarixi barədə əlavə məlumat veriləcək.
