Məzmuna keç

Dövlət Miqrasiya Xidməti Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürdü

Dövlət Miqrasiya Xidmətinin (DMX) kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüb.

DMX-dən e-huquq.az-a verilən məlumata görə, Xidmətin bütün əməkdaşları Ali Baş Komandanın rəhbərliyi ilə tariximizdə yeni bir şanlı səhifə yazan, qürur mənbəyimiz olan ordumuza haqq yolunda yeni zəfərlər arzulayır.