Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verdi


  • 23 Noyabr 2020 13:16

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Ohanyan Seyran Muşeqoviç barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq S.Ohanyanın barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

Noyabrın 11-də məhkəmənin sədri, hakim Elbəy Allahverdiyev istintaqın təqdimatını təmin edib. S.Ohanyan barəsində həbs qərarı çıxarılıb və onun istintaqa cəlb edilməsi üçün “İnterpol”a müraciət edilib.

Oxşar xəbərlər