Keçən ay Gömrük Komitəsinə 256 mindən çox elektron müraciət ünvanlanıb


  • 25 Noyabr 2020 16:28

Oktyabrda vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 256 min 44 elektron müraciət daxil olub.

Komitədən e-huquq.az-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Oxşar xəbərlər