Məzmuna keç

Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edildi

Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.