Məzmuna keç

Gəncəyə yeni polis rəisi təyin olundu

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub.

E-huquq.az xəbər verir ki, bununla daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.