Məzmuna keç

BŞBPİ-yə yeni rəis müavini təyin edildi

Bakı şəhər Baş Polis İdarəsinin rəisinə yeni müavin təyin edilib.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.