Məzmuna keç

Bakı Şəhər Baş Polis İdarəsində yeni təyinat oldu

Gəncə Baş Polis İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin rəisi, polis polkovnik-leytenantı Taleh Ağalı vəzifəsindən azad edilib.

E-huquq.az xəbər verir ki, bu barədə bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, T. Ağalı vəzifəsindən azad olunaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin Şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin olunub.

Əvvəlki böyük köməkçi, polis polkovniki Əli Vəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.