Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi


  • 15 Yanvar 2021 22:42

Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Samir Məcidov təyin edilib.

O, daha öncə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.

Oxşar xəbərlər