Məzmuna keç

Ötən il xarici ölkələrdən Azərbaycana 7 nəfər ekstradisiya olunub

“Ötən il 5 məhkum Azərbaycana gətirilib, 25 xarici məhkum isə öz ölkələrinə təhvil verilib”.

E-huquq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov bildirib.

A. Əbilov qeyd edib ki, bu sahədə tərəfdaşlarla məsləhətləşmələrdən sonra proseslərin elektron sənəd dövriyyəsi ilə həyata keçirilməsi məsələsi həll edilib: “Ötən il Almaniya iki azərbaycanlını Azərbaycana təhvil verilib, onlardan biri Avropa İttifaqının vətəndaşı olub. Ümumilikdə ötən il 5 məhkum Azərbaycana gətirlib, 25 məhkum öz ölkəsinə təhvil verilib. 7 nəfər isə Azərbaycana ekstardisiya edilib. Bu ölkələr siyahısında Əlcəzair, Terkiyə Bosniya var”.

O bildirib ki, artıq xaricdə olan cinayət işi üzrə Azərbaycanda olan şəxslərin dindirilməsi videokonfrans vasitəsilə həyata keçirilir.