2020-ci ildə prokurorluq orqanları tərəfindən 1 045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.
E-huquq.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında deyib.
