Baş Prokurorluq vətəndaşlara müraciət etdi - VİDEO


  • 30 İyul 14:48

COVID-19 pandemiyasının yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə ölkə miqyasında çoxşaxəli tədbirlər həyata keçirilir.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Təəssüflər olsun ki, yaranmış həssas vəziyyətdən öz şəxsi maraqları naminə istifadə edilməsi hallarına rast gəlinir.
Vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir", - Mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış videomüraciət ictimaiyyətə təqdim olunur.

Oxşar xəbərlər