Məzmuna keç

Daxili işlər orqanlarında kadr dəyişikliyi oldu

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Bədirşah Vəlimətov Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin olunub.

O, bu təyinata qədər Siyəzən RPŞ-nin İstintaq Bölməsinin rəisi işləyib.