Prokurorluq vəkilin döyülməsi faktı ilə bağlı araşdırmanın nəticəsini açıqladı


  • 21 Sentyabr 2021 10:23

"Avqustun 13-də Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında asayişin kobud formada pozulması faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb, hadisənin iştirakçıları məhkəmə tibbi müayinədən keçirilib".

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, müayinə nəticəsində onların bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsi səbəbindən, cinayət işinin başlanması üçün əsaslar müəyyən edilmədiyindən müvafiq qərar qəbul edilib.

Vəkil Coşqun İsgəndərov isə e-huquq.az-a açıqlamasında Şirvan Şəhər Prokurorluğunun qərarından narazı qaldığını və məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edəcəyini bildirib.

Xatırladaq ki, vəkil Coşqun İsgəndərov Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia edib.

Daha sonra Şirvan Şəhər Prokurorluğu və Daxili İşlər Nazirliyi məlumat yayaraq hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər