Azərbaycan Prokurorluğunun yaradılmasının 102-ci ildönümü münasibətilə Baş Prokurorluğun əməkdaşları oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
E-huquq.az-ın xəbərinə görə, prokurorluq əməkdaşları ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn prokurorluq əməkdaşları Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Sevgül Qasımzadə
