Azərbaycanın prokurorluq orqanlarında "Elektron prokurorluq" sisteminin yaradılması ilə bağlı zəruri işlər görülür.
E-huquq.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, proqramın tətbiqi ilə bağlı tədbirlər davam etdirilir: "Bununla bağlı işlərə başlanılıb. Yaxın vaxtlarda proses başa çatacaq və "Elektron prokurorluq" sistemi istifadəyə veriləcək".
