Məzmuna keç

Paytaxt sakininin qəsdən öldürülməsi faktı ilə bağlı istintaq aparılır –

Sabunçu rayon sakini Vüqar Eyyubovun qəsdən öldürülməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda istintaq aparılır.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətin törədilmə şəraitinin araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilir: "Tərəfimizdən əlavə məlumat veriləcək. KİV nümayəndələrindən xahiş olunur ki,dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".