Baş Prokurorluq torpaq alqı-satqısı zamanı qanunsuz hallarla bağlı vətəndaşlara müraciət edib - VİDEO


  • 19 Oktyabr 2021 11:33

Baş Prokurorluq torpaq alqı-satqısı zamanı qanunsuz hallarla bağlı vətəndaşlara müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb. Hazırda təqdim olunan videoda torpaq alqı-satqısı zamanı qanunsuz hallar ilə bağlı vətəndaşlarımıza müraciət edilib.

Oxşar xəbərlər