Baş prokuror Kamran Əliyev iki rayon və bir şəhərə yeni prokuror təyin etdi


  • 21 Oktyabr 2021 18:02

Azərbaycanda iki rayon və bir şəhərə yeni prokuror təyin olunub.

Bunu e-huquq.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildiriblər.

Qeyd olunub ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Rahim Səfəralıyev Xızı rayon prokuroru, Fuad Məmmədov Binəqədi rayon prokuroru, Kamal Talıbov isə Şirvan şəhər prokuroru təyin olunublar.

Oxşar xəbərlər