"Bəzi qüvvələr stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar"


  • 26 Oktyabr 2021 10:52

“Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar”.

E-huquq.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası (TŞ) katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində TŞ katibi, general-polkovnik Ramil Usubov deyib.

O bildirib ki, dövlət tərəfindən təhdidlərə qarşı xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə effektiv mübarizəsinin potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində vacib addımların atılır.

Oxşar xəbərlər