Baş Prokurorluğun idarə rəisi yeni vəzifəyə seçildi


  • 28 Oktyabr 2021 10:49

Oktyabrın 27-də Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Qərargahında Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Anti-Korrupsiya Akademiyası beynəlxal təşkilatının Üzv Dövlətlərinin Onuncu Sessiyasının növbəti iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, onuncu sessiyada həmin beynəlxalq təşkilatın idarə edilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmiş, o cümlədən Akademiyanın rəhbər qurumu olan İdarə Heyətinə seçkilər keçirilib. Avropa Regionundan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Musayev Elnur Novruz oğlunun namizədliyi irəli sürülüb.

Namizədlər Beynəlxal Anti-Korrupsiya Akademiyasının növbəti illərdə inkişafı və nüfuzunun artırılması ilə bağlı platforma xarakterli təqdimatlarla çıxış ediblər.

Gərgin rəqabət şəraitində keçən seçkidə E.Musayev səs çoxluğu ilə Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.

Qeyd olunub ki, Elnur Musayevə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Oxşar xəbərlər