Məzmuna keç

Özlərini QHT rəhbəri kimi təqdim edərək orduya dəstək adı ilə pul yığan şəxslər saxlanıldı

"Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək "Zəfər Günü"ndə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər".

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

"Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcəkdir",- o vurğulayıb.