"Zəfər Günü münasibəti ilə imzalanan Amnitsiya Aktının fərqi ondan ibarətdir ki, qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə aid ediləcək".
E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Amnitsiya Aktının icrası 4 ay müddətində icraçı orqanlar tərəfindən başa çatdırılacaq: "Amnitsiya Aktına əsasən, bu qərar ilk dəfə ağır cinayət törədilməsinə görə 6 aya qədər cəzası qalan şəxslərə də şamil olunacaq".
