Dünən noyabrın 20-si gecə saat 22 radələrində Göyçay şəhərində RPŞ-in əməkdaşı polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti FORD markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də o hadisə yerində vəfat edib.
Faktla bağlı müvafiq araşdırmalar aparılır.
