Korrupsiyaya qarşı mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsinin iclası keçirilib


  • 23 Noyabr 2021 12:05

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, 15-17 noyabr tarixlərində Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının yeni təsis edilmiş və ölkəmizin ilk üzvlərindən olduğu Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 1-ci iclası keçirilib.

BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Türkiyə Respublikası, Rusiya Federasiyası və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Əflatun Hüseynov təmsil edib.

Tədbirdə “Korrupsiyanın qarşısının alınması və bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər”, “Rüşvətxorluğa qarşı mübarizədə əldə olunan müsbət təcrübə” və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və sonda Şəbəkənin Əsasnaməsi qəbul olunub.Sözügedən sənəd layihəsinin qəbulu ilə əlaqədar aparılmış müzakirələrdə nümayəndəmiz çıxış edərək təkliflərini irəli sürüb.

Şəbəkənin növbəti iclasının cari ilin 13-17 dekabr tarixlərində Misirdə keçiriləcəyi qeyd olunub.

Oxşar xəbərlər