Ədliyyə naziri: "Bəzi işçilərimiz işini vicdanla yerinə yetirmir, süründürməçiliyə yol verir"


  • 24 Noyabr 2021 18:20

"Təəssüf ki, işçilərimiz arasında öz vəzifəsini heç də həmişə vicdanla yerinə yetirməyənlərə, süründürməçiliyə və fəaliyyətsizliyə yol verənlərə, bəzən də tərəflərlə qeyri-prosessual münasibətlərə yol verənlərə rast gəlinir".

E-huquq.az xəbər verir ki, bunu haqqın.az-a müsahibəsində ədliyyə naziri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, həmin işçilərlə bağlı ciddi tədbirlər görülür: "Son 2-3 ildə 60-dan çox əməkdaş ciddi inzibati məsuliyyətə cəlb edilib, onlardan 18-i vəzifəsindən kənarlaşdırılıb və orqanlardan qovulub, 5 nəfərlə bağlı materiallar isə istintaqa təqdim olunub. Odur ki, biz həm işçilərin məsuliyyətinin artırılmasına, həm də onların peşəkarlığının yüksəldilməsinə və vətəndaşların qayğılarına olduqca diqqətli yanaşma hisslərinin formalaşmasına böyük diqqət ayırırıq".

Nazir icraatla bağlı fəaliyyətdə digər çatışmazlıqlar və problemlər olduğunu da deyib. O bildirib ki, həmin problemlər həllini tapacaq.

Oxşar xəbərlər