Ədliyyə Nazirliyinin idarə rəisi yeni vəzifəyə seçildi


  • 25 Noyabr 2021 19:50

Avropa Şurası Ekspertlər Komitəsinin Strasburqda hibrid formatda 80-ci plenar iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda Avropa konvensiyalarının və Avropa Məhkəməsinin presedentlərinin tətbiqi üzrə yeniliklər, Avropa İttifaqı Prokurorluq Ofisi (EPPO) ilə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Komitənin Azərbaycandan olan üzvü, Ədliyyə Nazirliyinin məsul əməkdaşı Adil Əbilov tərəfindən aidiyyəti təkliflər irəli sürülərək qəbul olunub. Eyni zamanda Böyük Britaniya, ABŞ və Almaniya nümayəndələri ilə görüşlər keçirilərək ekstradisiya və hüquqi yardımla bağlı konkret işlər üzrə müzakirələr aparılıb.

Tədbir çərçivəsində PC-OC-un rəhbərliyinə yeni seçkilər keçirilib. Komitənin sədri vəzifəsinə 10 ildən çox qurumun rəhbərliyində təmsil olunan Portuqaliyanın nümayəndəsi seçilib.

Azərbaycanın Komitədə səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələr nəzərə alınaraq, nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi A.Əbilov isə PC-OC-un sədr müavini vəzifəsinə seçilib.

Oxşar xəbərlər