Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Sumqayıt Mühafizə İdarəsinə yeni rəis təyin edib.
E-huquq.az xəbər verir ki, Nəsimi rayon Mühafizə Polis İdarəsinin rəis müavini, polkovnik Vəliyev Sahib Əlisahib oğlu vəzifəsindən azad edilərək, Sumqayıt Mühafizə İdarəsinə rəis təyin olunub.
Nazir bununla bağlı əmr imzalayıb.
Mənbə: Unikal.org
