Məzmuna keç

Helikopterin ”Qara qutu”sunun parametrləri açıqlandı –

Baş Prokurorluq Xızıda qəzaya uğrayan helikopterin "Qara qutu"sundan əldə edilən parametrləri yayımlayıb.

E-huquq.az-a daxil olan açıqlamada qeyd edilir ki, helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrləri aşağıda qeyd olunan şəkillərdəki kimi olub: "Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olmuş və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub".