Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi təhqiqata cəlb edildi


  • 14 Yanvar 2022 10:11

"İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu həmin bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır".

E-huquq.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi - müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.

Həmin şəxs ailəlidir, 2 övladı var.

"Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək", - DİN rəsmisi vurğulayıb.

Oxşar xəbərlər