Daxili İşlər Nazirliyinin general-mayoru təqaüdə göndərildi


  • 17 Yanvar 2022 17:16

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilib.

E-huquq.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Belə ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.

DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Mənbə:Oxu.az

Oxşar xəbərlər