Bakı Şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib


  • 22 Yanvar 2022 12:26

Ötən il Bakı şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib.

E-huquq.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

Onun sözlərinə görə, ötən il şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilib: "Onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilib, 7 nəfərə irad tutulüb. Həmçinin Baş prokurorun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılıb".

Oxşar xəbərlər