Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir


  • 24 Yanvar 2022 09:35

Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası başlayıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, iclasda Baş Prokuror Kamran Əliyev çıxış edir.

İclasda, həmçinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı da gözlənilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiqlənərək bildirilib ki, Kollegiya iclasının təfərrüatları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Oxşar xəbərlər