Kamran Əliyev: "Hərbi prokurorluqda 530 korrupsiya cinayəti araşdırılıb"


  • 24 Yanvar 2022 18:06

"Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1846 cinayət hadisəsi araşdırılıb".

E-huquq.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, onlardan 530-u korrupsiya cinayətləri ilə bağlı olub.

Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 110 şəxs barəsində 85 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Oxşar xəbərlər