Baş prokuror: "Ötən il 206 milyon manatlıq maddi ziyan ödətdirilib"


  • 24 Yanvar 2022 18:08

"Ötən il prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 206 milyon 257 min manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunub".

E-huquq.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, 2021-ci ildə prokurorluq orqanları tərəfindən 1 301 şəxs barəsində 970 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

Oxşar xəbərlər