Məzmuna keç

Baş Prokurorluq: “Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək”

“Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq”.

E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.

“İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək.”, – o vurğulayıb.