Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Müdafiə Nazirliyinin sabiq idarə rəisi saxlanılıb.
E-huquq.az xəbər verir ki, saxlanılan şəxs Müdafiə Nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyevdir.
F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Fikrət Mirzəyev 2020-ci ildə Müdafiə Nazirliyindəki tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, Fikrət Mirzəyevin saxlanılması ilə bağlı ilk xəbəri “qafqazinfo.az” saytı yayıb.
