Məzmuna keç

Baş prokuror Kamran Əliyev vətəndaşları qəbul edəcək

Xəbər verdiyimiz kimi, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu günləri açıqlanıb.

E-huquq.az xəbər verir ki, qəbul cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev aprelin 11-də Ağdamın Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayon sakinlərinin, aprelin 21-də Füzuli rayonunun Horadiz şəhərində Füzuli, Beyləqan və Xocavənd sakinlərinin, aprelin 29-da isə Ağstafa rayounda Ağstafa, Qazax və Tovuz rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.

Qəbulun keçiriləcəyi məkan barədə məlumat veriləcək.