Məzmuna keç

Hərbçiyə zor tətbiq edilməsi görüntüləri ilə bağlı araşdırma aparılır –

"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır".

Bu barədə e-huquq.az-a Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi – Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib

"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək", – deyə o qeyd edib.