Ədliyyə naziri Fikrət Məmmədov Ağdam rayonunda vətəndaşları qəbul edəcək.
E-huquq.az xəbər verir ki, aprelin 8-də Ağdam rayonu Quzanlı qəsəbəsində ədliyyə fəaliyyəti ilə bağlı Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar qəbula Qarabağ və Bərdə regional ədliyyə idarələri (əlaqə telefonları: (+99451) 927-66-99 və (+99470) 738-17-19), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
