Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə aprelin 4-də bir nəfərin onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq iki gün orada saxlayıb narkotik vasitələr satmasını təklif etdiyini, razı olmadıqda isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2 min manat məbləğində pul tələb etmələrini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
