Məzmuna keç

“Orduda özünü öldürmə hadisələri azalıb”

"2022-ci ilin birinci rübündə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayəti, qulluğa səhlənkar yanaşma cinayəti ümumiyyətlə qeydə alınmayıb".

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda keçirilən geniş kollegiya iclasında Baş prokurorunun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

"Baş vermiş özünü öldürmə hadisələri isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb", – deyə o qeyd edib.