Məzmuna keç

Qadın və uşaq məhkumların sayı açıqlandı

Azərbaycanda hazırda cəzaçəkmə müəssisələrdə cəza çəkən qadın və yetkinlik yaşına çatmayan məhkumların sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa edilən penitensiar müəssisəsinə Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan mediatur zamanı məlumat verilib.

Qeyd olunub ki, 4 saylı cəzaçəkmə müəssisədə 426 qadın, yetkinlik yaşına çatmayanların Tərbiyə Müəssisində isə 21 məhkum cəza çəkir.