Məzmuna keç

Cəzaçəkmə müəssisələrində məhkumların maarifləndirilməsi işi davam edir

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən, 4 saylı cəzaçəkmə müəssisəsində və Tərbiyə müəssisəsində “Radikal dini qurumların psixoloji təsir metodları” və “Əxlaq: yaxşılığa dəvət edib pis əməllərdən çəkindirmə” mövzularında seminar treninqlər təşkil olunub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a bildiriblər ki, məhkumların maarifləndirilməsi, onlara müsbət əxlaqi dəyərlərin aşılanması, mənəvi kamilləşdirilməsi və sosial reinteqrasiya prosesinin gücləndirilməsi məqsədilə təşkil edilmiş tədbirlərdə ekspertlər tərəfindən mövzular ətrafında çıxışlar edilib, məhkumları maraqlandıran suallar cavablandırılıb.