Məzmuna keç

DİN: “Azəriqaz”ın əməkdaşının döyülməsi ilə bağlı araşdırma aparılır

Xəbər verdiyimiz ki, Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması zamanı "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşına xəsarət yetirilib. Belə ki, 30.06.2021-ci il tarixindən ödəniş etməyən abonent Usubov Kamil Feyruz oğlu 504.34 manat debitor borcu olduğu halda, qaz təchizatı dayandırılan zaman nalayiq ifadələr işlədərək, yaba ilə işçiləri hədələyib və nəzarətçi Səfərov Rövşənin göz nayihəsindən yumruqla vuraraq xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev e-huquq.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırma aparılır.

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", – deyə o qeyd edib.